Filippinin cənubundakı Sultan Kudarat əyalətinin kəndlərində daşqınlar nəticəsində 3 nəfər ölüb.
“İki sahil” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Bildirilib ki, Lebak şəhərində 34 yaşlı qadın və onun 12 yaşlı qızı, Kalamansiq şəhərində isə səkkiz yaşlı uşaq həlak olub.
Mindanao adasında davam edən yağışlar səbəbindən bir çox ərazi su altında qalıb.
Maguindanao del Sur əyalətində daşqınlar 200 minə yaxın insana ziyan vurub.