24 may 2025 20:13
95

"Formula 1" Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot bəlli olub

"Formula 1" üzrə Monako Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib.

“İki sahil” xəbər verir ki, “Maklaren”dən Lando Norris birinci yeri tutub.

"Ferrari"dən Şarl Lekler ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri üçüncü olub.

Qeyd edək ki, Monako Qran-prisində əsas yarış mayın 25-də baş tutacaq.