Qadın həndbolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub.
“İki sahil” xəbər verir ki, "AHF Arena"da keçirilən final matçında "Azəryol" və "Kür" komandaları qarşılaşıblar.
Maraqlı mübarizə şəraitində keçən matçda 35:28 hesabı ilə qələbə qazanan "Azəryol" titula sahib çıxıb.