24 may 2025 14:41
95

NBA: “İndiana Peysers” seriyada ikinci qələbəsini qazanıb

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, “İndiana Peysers” və "Nyu-York Niks" arasında seriyanın ikinci görüşü baş tutub. Qarşılaşma birincilərin 114:109 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “İndiana Peysers” seriyada 2:0 önə keçib.

Komandalar arasında növbəti matç mayın 26-da təşkil olunacaq.