Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turunun matçları davam edir.
“İki sahil” xəbər verir ki, ikinci gündə daha iki oyun keçiriləcək.
Əvvəlcə artıq çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə 7-ci pillədəki “Şamaxı”nın qonağı olacaq.
Cari mövsüm bu klubların qarşıdurmasında Ağdam klubunun aşkar üstünlüyü var. Qurban Qurbanovun komandası hər üç matçda rəqibinə qalib gəlib - 3:0, 1:0, 3:2.
Daha sonra isə “Sabah” “Neftçi”ni qəbul edəcək. Bu görüşdə beşinci yerin sahibi müəyyənləşəcək. Hazırkı mövqeyini qorumaq üçün “Sabah”a heç-heçə də kifayət edir.
Misli Premyer Liqası,
36-cı tur
24 may (şənbə)
17:00. “Şamaxı” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
19:30. “Sabah” - “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”, 19:30
25 may (bazar)
17:00. “Turan Tovuz” - “Kəpəz”
19:30. “Araz-Naxçıvan” - “Zirə”
23 may (cümə)
“Səbail” 1-4 “Sumqayıt”