24 may 2025 08:24
113

Minifutbol üzrə dünya çempionatı: Qrup mərhələsində növbəti oyunlar keçiriləcək

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq.

Günün ilk görüşündə Qana və İsrail milliləri münasibətləri aydınlaşdıracaq.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

24 may

E qrupu

19:30. Monteneqro - Kosta Rika
20:45. Tailand - İndoneziya

F qrupu

14:00. ABŞ - Polşa
15:15. Bosniya və Herseqovina - Qazaxıstan

G qrupu

16:30. Gürcüstan - Argentina
22:00. BƏƏ - Çexiya

H qrupu

12:45. Qana - İsrail
18:15. İspaniya - Serbiya

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.