23 may 2025 15:42
98

İİTKM-də Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" üzrə hədəflərin indikativ planlaşdırılması ilə bağlı görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak ediblər.

İcraçı qurumların nümayəndələri ilə aparılmış müzakirələr zamanı Strategiyanın “Yüksək keyfiyyətli ekoloji mühit” Məqsədinə daxil olan əsas hədəf indikatorlarının icrası və hesabatlılıq məsələlərinin müzakirəsi baş tutub.

İnteraktiv keçən görüşdə müvafiq məqsəd üzrə əsas hədəflərin icrası istiqamətində qarşıya çıxan çətinliklərlə əlaqədar fikir mübadiləsi aparılıb, habelə hesabatlılıq, monitorinq və qiymətləndirmənin təmin edilməsi ilə bağlı yaranan məsələlərin həlli istiqamətində qurumlara tövsiyələr verilib.