23 may 2025 14:37
97

Lavrov: Ukrayna ilə razılaşma üçün Zelenskinin legitimliyi vacibdir

Ukrayna ilə sülhün əldə olunmasında Vladimir Zelenskinin legitimliyi prinsipial əhəmiyyət kəsb edəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

Nazir bu problemin həlli üçün optimal variant kimi Ukraynada seçkilərin keçirilməsini göstərib.

Lavrov bildirib ki, əgər sülh sazişi legitimliyinə heç kəsi inanmayan insanlar tərəfindən imzalansa, razılaşmanı şübhə altına ala bilər.

Nazir həmçinin qeyd edib ki, Ukraynanın hazırkı konstitusiyasına görə, sülh sazişini Ali Radanın sədri də imzalaya bilər.