Rusiya sülh sazişinin imzalamasında Azərbaycan və Ermənistana uğurlar arzulayır.
“İki sahil” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.
O, rəsmi Moskvanın bu prosesin irəlilədilməsində ölkələrə kömək etməyə hazır olduğunu deyib.
"Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmalıdır, biz onlara bu işdə səmimi olaraq uğurlar arzulayırıq. Aydındır ki, saziş Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitin keçirilməsi sayəsində mümkün olub. Əgər hər iki tərəf maraqlıdırsa, biz bundan sonra da yardım göstərməyə hazırıq", - XİN başçısı vurğulayıb.