23 may 2025 11:07
113

MPL-də sonuncu tur başlayır

Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turuna start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.

Artıq Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma “ASCO Arena”da, saat 19:30-da start götürəcək.

Turun digər oyunları isə 24-25 may tarixlərində keçiriləcək.

Misli Premyer Liqası,

36-cı tur,

23 may (cümə)

19:30.“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
“ASCO Arena”

24 may (şənbə)

17:00.“Şamaxı” – “Qarabağ”

19:30.“Sabah” – “Neftçi”

25 may (bazar)

17:00.“Turan Tovuz” – “Kəpəz”

19:30.“Araz-Naxçıvan” – “Zirə”