23 may 2025 10:22
103

Azərbaycan boksçuları Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar

"Bakı" adı altında Rusiyanın Volqoqrad şəhərində keçirilən "Qəbələ kuboku"na qatılan Azərbaycanın boks millisi yarımfinala vəsiqə qazanıb. 

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Yığma yarışa 1/4 finaldan başlayıb.

Permdə keçirilən “Qələbə kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 24-də çıxacaq.