23 may 2025 10:06
104

NBA-da yarımfinal mərhələsinin növbəti oyunu keçirilib

Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, "Oklahoma" və "Minnesota" komandaları üz-üzə gəliblər.

Rəqibini 118:103 hesabı ilə üstələyən "Oklahoma" seriyada üstünlüyünü artırıb - 2:0.

Qeyd edək ki, digər yarımfinalda "Nyu-York Niks" və "İndiana" qarşılaşır. İlk matçda "İndiana" sevinən tərəf olub - 138:135.