Bu gün Azərbaycan 1-ci liqasında mövsümün son matçları keçiriləcək.
“İki sahil” xəbər verir ki, 27-ci turun 2-ci oyun gününə 3 görüş nəzərdə tutulub.
"Cəbrayıl" "Zaqatala" ilə, "Bakı Sportinq" MOİK-lə, "Difai" isə "İmişli" ilə qarşılaşacaq.
Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempion olub, "İmişli" 2-ci, "Karvan" 3-cü yeri tutub. Sözügedən klublar növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparmaq hüququ əldə ediblər. "Qaradağ Lökbatan"ın isə 2025/26 mövsümündə 2-ci liqada yarışacağı dəqiqləşib.
I liqa
27-ci tur
23 may (cümə)
15:00. “Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
“ASCO Arena”
15:00. “Bakı Sportinq” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov
Binə qəsəbə stadionu
15:00. “Difai” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə
Şamaxı OİK stadionu
22 may (cümə axşamı)
“Qaradağ Lökbatan” 0–3 “Qəbələ”
“Mingəçevir” 2–1 “Karvan”
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi