21 may 2025 17:59
109

Ronaldo: Daha 10 il oynayacağam

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo bioloji yaşının 28 olmağına münasibət bildirib.

“İki sahil” xəbər verir ki, onun bədəni xüsusi cihaz vasitəsilə müayinə olunub. Futbolçunun bioloji yaşının 28.9 olduğu ortaya çıxıb.

40 yaşlı hücumçu faktla bağlı belə açıqlama verib: "Hər şeyin belə yaxşı getdiyinə inana bilmirəm... 28,9 yaş. Bu o deməkdir ki, mən daha 10 il futbol oynayacağam".