Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin formatını təsdiqləyib,
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ev sahibi ölkələrə turnirin final hissəsində yer təmin edilməyəcək.
Avro-2028 İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək. Onlardan 20-si seçimin nəticələrinə əsasən müəyyənləşəcək. Təsnifat mərhələsində komandalar dörd və ya beş iştirakçıdan ibarət 12 qrupa bölünəcək.
12 qrup qalibi və ikinci yeri tutan ən yaxşı 8 komanda Avropa çempionatının final mərhələsinə yüksələcək. Qalan iki yer qalan ikincilər və Millətlər Liqasının Avro 2028-ə birbaşa vəsiqə qazana bilməyən ən yaxşı komandaları arasında bölünəcək.