21 may 2025 14:21
133

AHİİTA təmsilçisi Avropa çempionu adını qazanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançısı daha bir uğura imza atıb.

“İki sahil” xəbər verir ki, 16–18 may tarixlərində Rumıniyanın Targu Mureș şəhərində keçirilən 15-ci Böyüklər arasında Şotokan Karate üzrə Avropa Çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təmsilçisi Cəbrayılova Fatimə (50 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Fatimənin bu möhtəşəm nailiyyəti onun yorulmaz əzmi və fədakar hazırlığının nəticəsidir. Onun məşqçisi, əməkdar məşqçi Seymur Xudaverdiyevdir.