14 oktyabr 2026 23:32
106

"Neftçi" FIBA Avropa Kubokunda Latviya klubuna uduzub

"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.

“İki sahil” xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub - 94:110.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.