21 may 2025 09:25
121

AFFA "Neftçi" İK-nın şikayətini təmin etməyib

AFFA Azərbaycanın futzal üzrə Yüksək Liqasında çıxış edən “Neftçi” İK-nın futbolçusu Emin Həsənzadə barəsində verilən qərardan şikayətin təmin etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

1. “Neftçi” İK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 01.04.2025-ci il tarixində keçirilən Futzal üzrə Yüksək Liqası çərçivəsində Neftçi İK – Şuşa oyununda Neftçi İK komandasının oyunçusu Emil Həsənzadənin oyunun 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin 02.05.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

2. “Şəfa” FK-nın futbolçusu Ebru Əmirova barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. “Şəfa” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 04.05.2025 tarixində AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” FK – “Ümid” (Gəncə) oyununun 36-ci dəqiqəsində “Şəfa” FK komandasının 11 nömrəli futbolçusu Ebru Əmirovanın rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin 08.05.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

3. “Şamaxı” Futbol Klubu barəsində verilən qərardan şikayətə baxılmasına dair
1. “Şamaxı” FK tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən Şamaxı FK–Metak FK oyununda Şamaxı FK komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq Metak komandasının bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimə edilməsi, Şamaxı komandasının növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilsin.
3. İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.