20 may 2025 09:26
95

Çin mərkəzi bankı illik faiz dərəcəsini aşağı salıb

Çinin Xalq Bankı (Mərkəzi Bank) maliyyə vəziyyəti sabit və reytinqi yüksək olan müəssisələr üçün bir illik kreditlər üzrə faiz dərəcəsini 0,1 faiz bəndi azaldaraq 3 faizə endirib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, tənzimləyici beş illik kreditlər üzrə faiz dərəcəsini də 0,1 faiz bəndi azaldaraq 3,5 faizə endirib.

Hər iki faiz dərəcəsi sonuncu dəfə 2024-cü ilin oktyabr ayında azaldılmışdı. Hazırda bu dərəcələr tarixdə ən aşağı səviyyədə qalır.