Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin amerikalı həmkarı Donald Trampa telefon danışıqları zamanı mayın 7-nə keçən gecə terror aktları təhlükəsinin qarşısının alınması barədə məlumat verib.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya lideri ABŞ prezidentinə terror aktlarının Kreml və Qırmızı Meydan ərazisində həyata keçirilməsinin planlaşdırıldlğını bildirib.
Daha əvvəl bildirilmişdi ki, Putinlə Tramp arasında telefon danışığı iki saatdan çox davam edib.