20 may 2025 15:07
96

"Axios": Tramp Avropa liderlərinə söyləyib ki...

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra avropalı həmkarlarına Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə qarşı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Axios" üç mənbəyə istinadla məlumat yayıb.

Onlar bildiriblər ki, Tramp həm də müttəfiqlərini Rusiya prezidentinin Ukraynada dərhal atəşkəs danışıqlarına başlamağa razı olduğuna inandırıb.

Donald Tramp Vladimir Putinlə danışdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə, həmçinin Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Aleksandr Stubb, İtaliyanın baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə zəng edib.