Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin eyvanında plastikdən ibarət dolab, 1 ədəd kombi aparatı və qaz sayğacı qismən yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.