Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ" "Kəpəz"i qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 31-ci dəqiqəsində Leandro Andrade hesabı açıb. 74-cü dəqiqədə Aleksey Kaşuk Ağdam təmsilçisinin üstünlüyünü iki topa yüksəldib. 83-cü dəqiqədə isə Musa Qurbanov bu üstünlüyü üç topa yüksəldib – 3-0.
Oyunda başqa qol vurulmayıb.
Misli Premyer Liqası,
35-ci tur
18 may (bazar)
19:00. "Qarabağ" 3–0 "Kəpəz"
Qol: Leandro Andrade, 31 (1-0), Aleksey Kaşuk, 74 (2-0), Musa Qurbanov, 83 (3-0)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
“Azersun Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”