18 may 2025 17:11
120

Naxçıvanda VI siniflər üzrə monitorinq keçirilib

Mayın 18-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4600-dən çox şagird iştirak edib.

Monitorinqdə şagirdlərə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olmaqla, ümumilikdə, 75 sual təqdim edilib və sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.