17 may 2025 19:54
97

Tramp bazar ertəsi Putinlə danışacaq

ABŞ Prezidenti Donald Tramp mayın 19-u saat 10:00-da (Bakı vaxtilə saat 18:00) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışaq.

“İki sahil” xəbər verir ki, bu barədə açıqlama verən ABŞ Prezidenti bildirib ki, telefon zənginin mövzusu rusların və ukraynalıların ölümünə son qoyulması və ticarət olacaq.

“Bundan sonra mən Ukrayna prezidenti Volodimir Zelenski ilə və sonra onunla birlikdə NATO-nun müxtəlif üzvləri ilə danışacağam. Ümid edirəm ki, məhsuldar bir gün olacaq, atəşkəs əldə ediləcək və bu çox şiddətli müharibə sona çatacaq”,- deyə Tramp bildirib.