Finlandiyanın Satakunta bölgəsində iki helikopter qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, hər iki helikopter Tallinndən havaya qalxıb.
Bildirilir ki, hadisə yerli vaxtla günorta saatlarında qeydə alınıb və xilasetmə əməliyyatına başlanılıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, hər iki helikopter qəzaya uğrayıb. Hadisə yerində xilasedicilər və həkimlər işləyir, mediaya çıxış məhdudlaşdırılıb.
“Helsingin Sanomat”ın məlumatına görə, helikopterlərdən biri Avstriyada qeydiyyatdadır (Robinson R-44 Raven modeli), digəri isə Estoniyaya məxsusdur, lakin modeli məlum deyil.
Öz növbəsində Tallin hava limanı bəyan edib ki, bu helikopterlər onun ərazisindən uçmayıb.
Finlandiyanın hava hərəkətinə nəzarət xidməti iki helikopterin Tallinndən havaya qalxdığını və 300 metr yüksəklikdə yan-yana uçduğunu bildirib. Onlar uzun müddət bu hündürlükdə uçublar. Buna görə də eniş zamanı toqquşma ehtimalı istisna edilir.
Finlandiya Müdafiə Qüvvələri hadisənin hərbi texnika ilə bağlı olmadığını bildirib.
Estoniya Xarici İşlər Nazirliyininin məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”