17 may 2025 21:44
101

Myanmada 5,2 maqnitudada zəlzələ baş verib

Myanmada 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 85 km cənub-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.