Polşa Respublikasına səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub