Mayın 17-dən etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.
Məhdudiyyət “Pirşağı–Xırdalan–Novxanı–M4” avtomobil yolu layihəsi ilə əlaqədardır.
AYNA-nın açıqlamasına görə, məhdudiyyətlə əlaqədar 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.