16 may 2025 17:05
146

Xocəsəndə taxta yeşiklər yığılmış ərazi yanır

Bakının Binəqədi rayonu Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiamətində işlər davam etdirilir.