16 may 2025 16:39
112

Sabah Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“İki sahil” xəbər verir ki, hərəkətin məhdudlaşdırılması 17 may tarixində səhər saat 07:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.