İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 157 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
“İki sahil” Fonda istinadla xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.
Yeni mənzillər seçim üçün mayın 23-ü saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6 978 kirayə müqaviləsi bağlanıb.