Azərbaycanda narkotik dövriyyəsi ilə bağlı cəzaların ağırlaşdırılması təklif olunur.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, narkokuryerlər yeni texnologiyaya keçiblər:
“Artıq narkotiki dron vasitəsilə ölkəyə keçirirlər. Təbii ki, bunun da qarşısı alınır. Amma bu sahədə ciddi şəkildə vətəndaş mübarizəsinə ehtiyac var. Ən çox İrandan narkotik keçirilir. Bu ölkədə narkotiklə bağlı bir maddə var, o da ölüm hökmüdür. Azərbaycanda ölüm hökmü yoxdur. Amma mövcud qanunun daha da ağırlaşdırılması məsələsinə baxmalıyıq. Bununla da narkotik dövriyyəsinin məktəblərə, digər strukturlara daxil olmasının qarşısı alınsın”.