“Üfüq” Karyera İnkişaf Proqramının 3-cü mərhələsi – Qabiliyyət imtahanının nəticələri elan olunub.
“İki sahil” xəbər verir ki, 1124 namizədin iştirak etdiyi imtahanda 205 nəfər final mərhələsinə keçmək hüququ qazanıb.
Qabiliyyət imtahanı 3 istiqamətdə testlərlə - Verbal, Rəqəmsal və Abstrakt təhlil üzrə aparılıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramının əsas məqsədi Kənd Təsərrüfatı Nazirliyində potensialı yüksək əməkdaşları aşkara çıxarmaq və onların karyera inkişafına şərait yaratmaqdır.