A Seriyasının təmsilçisi "Milan" baş məşqçi Serjiu Konseysau ilə əməkdaşlığı davam etdirməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, mövsüm başa çatdıqdan sonra portuqaliyalı mütəxəssislə yollar rəsmən ayrılacaq.
Qeyd edək ki, Serjiu Konseysau ötən ilin dekabr ayında "Milan"ın baş məşqçisi təyin olunub. Komanda A Seriyasında keçirilən 36 turdan sonra 60 xal toplayaraq turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. "Qırmızı-qaralar" həmçinin İtaliya Kubokunun finalında "Bolonya"ya məğlub olub.