15 may 2025 10:05
96

Azərbaycan və Vyetnam arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın əhəmiyyəti

Vyetnam və Azərbaycan coğrafi olaraq uzaq olsalar da, oxşar  tarixi yollar keçmiş və müasir dövrdə iqtisadi-siyasi əməkdaşlıq üçün geniş imkanlar  yaradan iki ölkədir. Hər ikisi keçmişdə müxtəlif müstəmləkə və imperiya sistemlərinə qarşı mübarizə aparmış, müstəqillik uğrunda döyüşmüş və hazırda dinamik inkişaf mərhələsindədir. Bu yazıda iki ölkə arasında münasibətlərin tarixi, hazırki vəziyyəti və gələcək prespektivləri araşdırılacaq.

Vyetnam və Azərbaycan arasında rəsmi diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış və beynəlxalq arenada öz maraqlarını qorumaq  üçün yeni tərəfdaşlar axtarmışdır.

Sosialist keçmiş: Vyetnam və Azərbaycan SSRİ dövründə sosialist dünyasının bir hissəsi olmuşdur. Bu, iki ölkənin siyasi və iqtisadi sistemlərində bəzi oxşarlıqlar yaratmışdır.

Beynəlxalq platformalarda dəstək: Vyetnam, Azərbaycanın ərazi bütövlüyünün və Xocalı soyqırımının tanınması məsələlərində daha aktiv mövqe tutmasa da, BMT və digər beynəlxalq qurumlarda əməkdaşlıq potensialı var.

Iqtisadi əməkdaşlıq: imkanlar və çətinliklər

Iki ölkə arasında ticarət və investisiya əlaqələri son illərdə inkişaf etməkdədir, lakin bu əməkdaşlıq hələ tam potensiala çatmamışdır.

Əsas ticarət sahələri

Enerji: Azərbaycan neft və qaz resursları ilə, Vyetnam isə enerji idxalçısı kimi əməkdaşlıq edə bilər.

Kənd təsərrüfatı və yeyinti sənayesi: Vyetnam dünyanın ən böyük çəltik və qəhvə ixracatçılarındandır. Azərbaycan isə öz kənd təsərrüfatı məhsullarını diversifikasiya etmək istəyir.

Texnalogiya və İnnovasiya: Vyetnam yüksək texnoloji istehsal sahələrində (elektronika, İT) Azərbaycan şirkətləri üçün yeni bazar imkanları var.

Amma bunlarla bərabər bu münasibətlərin qurulmasında bir çox çətinliklər mövcuddur. Bunlar:

Coğrafi uzaqlıq və logistika: birbaşa ticarət marşrutlarının olmaması əməkdaşlığa mane olur.

Məlumat çatışmamalığı: iki ölkənin biznes dairələri bir-birinin bazarı haqqında yetərli məlumata malik deyil.

Bu maneələri  dəf etmək üçün iki ölkə arasında mədəni və təhsil əlaqələri gücləndirilməlidir:

Təhsil mübadiləsi: Azərbaycan və Vyetnam universitetləri arasında tələbə və professor mübadiləsi proqramları arırıla bilər.

Mədəni diplomatiya:Film festivalları, sərgilər və mədəni günlər iki xalqın bir-birini daha yaxından tanımasına kömək edə bilər.

Gələcək prespektivlər

Sərbəst ticarət sazişi: iki ölkə arasında gömrük maneələrinin aradan qaldırılması ticarəti stimullaşdıra bilər.

Birgə investisiya layihələri: xüsusilə infrastruktur, turizm və yaşıl enerji sahələrində əməkdaşlıq.

Daha güclü diplomatik  əlaqələr: Vyetnam ASEAN, Azərbaycan isə Türk Dövlətlər Təşkilatındakı rolu ilə əməkdaşlıq genişlənə bilər.

Vyetnam və Azərbaycan arasında münasibətlər böyük potensiala malikdir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may 2025-ci ildə Səfəri Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İmzalanmış sənədlər içində Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı ölkələr arasında gələcək əməkdaşlığın güclənməsində böyük rol oynayacaq. Bu səfərin nəticələsində əldə edilmiş razılaşmalar konkret uğurlu layihələrə çevriləcəkdir.

Rəna Bağırova,
48 saylı tam orta məktəbin müəllimi