Binəqədidə əvvəllər məhkum olunmuş şəxsdən 11 kiloqramadək narkotik vasitə götürülüb.
Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
"Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşlarının Binəqədi rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində əvvəllər məhkum olunmuş 24 yaşlı A.Usubov saxlanılıb. Ondan 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Araşdırma aparılır", - məlumatda qeyd edilib.