15 may 2025 10:30
127

NBA-da ikinci yarımfinalçı bəlli olub

Milli Basketbol Assosiasiyasında (NBA) ikinci yarımfinalçı bəlli olub.

“İki sahil” xəbər verir ki, "Minnesota" bu raundda iştirak hüququ əldə edib.

Komanda 1/4 finalın beşinci oyununda "Qolden Steyt"i 121:100 hesabı ilə üstələyib. Seriyada 4:1 önə keçən "Minnesota" yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl "İndiana" bu raunda yüksəlib.