15 may 2025 09:37
126

Son Hın Min şantaj olunub

İngiltərənin “Tottenhem” klubunun və Cənubi Koreya millisinin lideri Son Hın Min vətənində şantaj olunub.

“İki sahil” "The Korea Times"a istinadən xəbər verir ki, o, 20 yaşlı qadını və onun 40 yaşlı şərikini şantaj cəhdində ittiham edərək, Seul polisinə rəsmi şikayət ünvanlayıb.

Vəkillərin açıqlamasına görə, 2024-cü ilin yayında qadın 32 yaşlı futbolçudan hamilə qaldığını bildirib və susmaq qarşılığında külli miqdarda pul tələb edib. İddiaların ümumi məbləği on milyonlarla Cənubi Koreya vonu (on minlərlə dollar ekvivalenti) təşkil edib. Lakin sonradan hamiləlik barədə məlumat təsdiqini tapmayıb və bunun planlı şəkildə şantaj olduğu üzə çıxıb.

Seul polisi qısa müddətdə hər iki şübhəlini saxlayıb.

Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən Son Hın Min bu mövsüm meydana çıxdığı 44 oyunda 11 qol müəllifi olub.