15 may 2025 08:51
112

ÜTT rəhbəri: Qlobal ticarət böhran içindədir

ABŞ və digər ölkələr arasında ikitərəfli tarif razılaşmaları ədalətli ticarətin əsas prinsipini poza bilər.

“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İveala “Financial Times”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və Çin arasında tarif müharibəsinin son deeskalasiyasına baxmayaraq, qlobal ticarət böhran içindədir:

“Biz ikitərəfli danışıqlar aparan ÜTT üzvlərinə bildirdik ki, onlar təşkilatın qaydalarına mümkün qədər uyğun olmağa çalışmalıdırlar”.