14 may 2025 22:49
159

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Basketbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi olub.

“İki sahil” xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə ardıcıl üçüncü dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.

İkinci yeri tutmuş "Neftçi"yə gümüş mükafatlar verilib.

Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, vitse-prezident Fərrux Mahmudov və idman direktoru Turqay Zeytingöz təqdim ediblər.

Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.