14 may 2025 21:14
107

Ağdaşda “Konstitusiya və Suverenlik İli” çərçivəsində  tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  rayonun Yenicə kəndində partiya fəalları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsindən 30, Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən 5 il ötür. Əlişah Rəcəbov vurğulayıb ki, ərazi bütövlüyü və suverenliyi təmin edilmiş Azərbaycan regionun ən güclü dövlətidir. Əldə edilən uğurların əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır.

Görüşdə partiya fəallarından Əli Lətifov, Məhəbbət Kərimov, Sevinc Səmədova, Cəmil İbrahimov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası haqqında öz fikirlərini bildirblər. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi Zəfərin əsasını

Ulu Öndər Heydər Əliyevin siyasi kursu təşkil edir.

Sonda bir qrup partiya fəalına rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.