14 may 2025 23:57
110

Masallının Böyük Kolatanı kəndində mini futbol meydançası istifadəyə verilib

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Böyük Kolatan kəndində xeyriyyəçilərin maliyyə dəstəyi hesabına inşa olunmuş mini-futbol stadionun açılış mərasimində iştirak etmişdir. Rayon rəhbəri  çıxışı zamanı ölkədə idmana göstərilən diqqət və qayğıdan  danışıb, yeni stadionun açılışı münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.

Onu da bildirib ki, Böyük Kolatan kəndində yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli istifadə etməsi, idmana marağın artırılması və sağlam həyat tərzi ilə əlaqədar olaraq xeyriyyəçilər tərəfindən tikilmiş mini futbol meydançası üçün 2100 kvadratmetr   süni ot örtüyü döşənmiş və stadionda digər şəraitin yaradılması üçün ümumilikdə 20000 manat məbləğində vəsait xərclənib.

Yaradılmış şəraitlə əlaqədar rayonun Böyük Kolatan kəndində “Kolatan” uşaq futbol klubu yaradılıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü