Ermənistan sosial şəbəkələrində daha bir hərbi qulluqçunun ölümü barədə paylaşmalar yayılıb.
AZƏRTAC xəbər verir ki, ölən hərbi qulluqçunun yaxınlarının verdiyi məlumata görə, işğal olunmuş Xocavənd rayonunda yerləşən Ermənistan ordusunun bölmələrindən birində sentyabrın 2-də müəmmalı şəraitdə ağır yaralanan, Kanakerdən olan hərbi qulluqçu Qvidov Petrosyan hərbi tibb məntəqəsinə gecikdirildiyindən dünyasını dəyişib.
Hərbçinin valideynlərini qəzəbləndirən isə istintaq sirri olması bəhanəsi ilə Q.Petrosyanın hansı şəraitdə, nə səbəbdən öldüyü, yaxud öldürüldüyü barədə onlara heç bir xəbərin verilməməsidir.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub