14 may 2025 11:27
142

Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib

Kan Kimqu (Kang Kymgu) Cənubi Koreyanın Azərbaycanda yeni səfiri təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a Cənubi Koreyanın Bakıdakı diplomatik missiyasından məlumat verilib.

Bu təyinata qədər Kan Kimqu Cənubi Koreyanın Myanmadakı səfirliyində müvəqqəti işlər vəkili olub.

Kan Kimqu Koreya Respublikasının Azərbaycandakı səfiri vəzifəsində Li İn-Yonqu əvəz edəcək.