12 may 2025 14:17
88

Türkiyə kubokununun finalını onlar idarə edəcəklər

Türkiyə kubokunun 2024/25 mövsümünün final matçına hakim təyinatları açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Həlledici görüşün referisi Cihan Aydın olacaq. Ona yan xətt hakimləri kimi Hakan Yemişken və Mustafa Savranlar köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Ozan Ergün yerinə yetirəcək.

Qeyd edək ki, finalda "Qalatasaray" "Trabzonspor"la qarşılaşacaq. Matç mayın 14-də keçiriləcək.