UEFA-nın baş katibi Giorgio Marketti yaxın vaxtlarda oyundankənar vəziyyət - ofsayd qaydasının dəyişdiriləcəyini etiraf edib.
“İki sahil” xəbər verir ki, onun şərhinu "Rai Radio 1"in yayımına istinadla "La Gazzetta dello Sport" yayıb.
Marketti "millimetrlik ofsaydların diskomfort yaratdığını" qeyd edərək, UEFA-nın bu sahədə islahat ehtimalını qiymətləndirdiyini ifadə edib.
Onun sözlərinə görə bundan sonra ofsayd mövqeyini qiymətləndirilərkən bir neçə santimetrlik fərqə görə qolların ləğv edilməsindən qaçmaq üçün bədənin əhəmiyyətli hissəsinin oyundankənar vəziyyətdə olması nəzərə alınacaq.
Hazırda Beynəlxalq Futbol Federasiyasının qlobal inkişaf departamentinin rəhbəri vəzifəsini tutan Arsen Venger əvvəllər dəfələrlə ofsayd qaydasına yenidən baxılması zərurəti barədə danışıb. Onun modelinə görə, hücum edən oyunçunun bütün bədəni (onun bir hissəsi deyil) müdafiə edən komandanın sonuncu oyunçusundan irəlidə olarsa ofsayd olmalıdır.