Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda dinləmələr təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.