2024-cü ildə Azərbaycanda ədalətli oyun prinsiplərinə uyğun bir çox hadisələr yaşanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun Ədalətli Oyunlar Komissiyasının 2024-cü ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində bildirib.
O, 2024-cü ildə ədalətli oyun prinsiplərinə uyğun bir çox hadisələr yaşandığını söyləyib:
"Yeni rəhbərlik gəldikdən sonra Ədalətli Ounlar Komissiyasını yaratdıq. Hər il müxtəlif idmançıları, mətbuat işçilərini və sair insanları mükafatlandırırq. 2024-cü ildə ədalətli oyun prinsiplərinə uyğun bir çox hadisələr yaşandı. Bu gün yeni mükafatlar təqdim edəcəyik".