11 may 2025 20:20
162

Azərbaycanın U-16 millisi Belarus yığması ilə ikinci yoxlama oyununu keçirib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanıb.